UEFA Millətlər Liqasında Azərbaycan və Kiprlə qarşılaşacaq Monteneqro milli komandasının bütün heyəti növbəti dəfə koronavirus testindən keçib.
 
Matc.az xəbər verir ki, bu barədə Monteneqro Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Test nəticələrindən sonra yığmanın bir futbolçusunda koronavirus aşkarlanıb. Virusa yoluxan futbolçunun adı açıqlanmayıb və o, karantinə alınıb.
 
Monteneqro yığmasında bundan əvvəl bir futbolçuda koronavirus aşkarlanmışdı.
 
Monteneqro yığması noyabrın 14-də Azərbaycanla, 17-də isə Kiprlə qarşılşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest