Ermənistan Prezidentinin Siyasi Şurasının İqtisadi Komissiyasının sabiq sədri, "Alternativ" Tədqiqat Mərkəzinin təsisçisi, keçmiş deputat Tatul Manaseryan Ermənistan Baş naziri Nikol Paşinyanı ailəsi ilə bərabər 1999-cu ildə qətlə yetirilmiş Baş nazir Vazgen Sarkisyanın Şuşadakı abidəsi yanında skamyaya bağlamağı təklif edib. Matc.az xəbər verir ki, "Aysor.am" saytı T. Manaseryanın sözlərini sitat gətirir:
 
"Tutmaq, döymək və ya öldürmək lazım deyil. Onların bütün ailəsini skamyaya bağlamaq və bütün həyatları boyu Şuşada azanı dinləməyə məcbur etmək lazımdır. Bu, hökmdən daha qorxuludur".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest