UEFA Millətlər Liqasında Azərbaycan və Kiprlə qarşılaşacaq Monteneqro millisinin hücumçusu Stefan Muqoşa açıqlama verib.
 
Matc.az xəbər verir ki, yerli mətbuata açıqlama verən Muqoşa, hər iki oyunda qələbə qazanmaq üçün mübarizə aparacaqlarını deyib:
 
"Milli komandada olmaq hər zaman xoş hissdir. Yenidən özümü sübut etməyə hazıram. Hər iki oyunda qələbə üçün mübarizə aparacağıq və Lüksemburq yığmasının uğursuzluğunu gözləyəcəyik. Hər zaman olduğu kimi 100 faizimi deyil, 300 faizimi verməyə hazıram. Əminəm ki, digər uşaqlar da belə düşünür".
 
Monteneqro yığması noyabrın 14-də Azərbaycanla, 17-də isə Kiprlə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest