Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri Azərbaycana qarşı genişmiqyaslı təxribat törətdi. Cəbhəboyu zonada yerləşən Ordumuzun mövqeləri və yaşayış məntəqələri intensiv atəşə tutuldu. Düşmənin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanda qismən səfərbərlik elan edildi. Eyni zamanda, erməni terrorçularına qarşı vuruşmaq üçün könüllülər də ön cəbhəyə yollandı. 
 
Könüllülər arasında "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov da var idi. İsti kabinetini, kreslosunu, ailəsini tək buraxıb, soyuq, palçıqlı səngərə üz tutdu. Nəcəfovun şəkilləri sosial şəbəkələrdə yayıldı və hamı onun Vətənə sevgisindən, mərdliyindən, cəsarətindən, kişiliyindən bəhs etdi.  
 
Nəcəfov cəhbəyə getməsini ictimailəşdirmədi, yalnız 10-15 gün sonra döyüş bölgəsində olduğu üzə çıxdı. Bu gün isə feysbuk profilindən qələbəmiz haqda fikirlərini yazdı: "Böyük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə münasibətilə Ali Baş Komandan başda olmaqla, xalqımızı təbrik edirəm! Bu qalibiyyətin əldə olunmasında qəhrəmanlıqla şəhid olan hər bir əsgər və zabitimizin ruhu qarşısında baş əyirəm! Şəhidlərimizin valideynlərinin əllərindən öpürəm!
 
Tarixi zəfərin əldə olunmasında "hər şey cəbhə üçün" şüarı altında birləşən və ölçüyəgəlməz ruh yüksəkliyi ilə ordumuzun yanında olan millətimizin hər bir övladı ilə fəxr edirəm!"
 
Nəcəfov erməni xislətinə dözmədi. Qüruru isti kabinetində, kreslosunda oturmağa yol vermədi. İçindəki Vətən sevgisi onu ön xəttə apardı. ölümdən çəkinmədi, 42 yaşında cəhbəyə getdi, Azərbaycan üçün əlindən gələnin ən yaxşısını etdi və sonra milyonların rəğbətini qazandı.
 
Nəcəfov kimi, "Neftçi"nin prezidenti Kamran Quliyev də döyüş bölgəsinə gedə bilərdi. Amma nədənsə ehtiyat etdi. İsti otağını tərk etmədi. Başı şəxsi maraqlarına qarışdı, rüsvayçı durumda olan paytaxt komandasında vəzifəsini qorumaq üçün illərdi duz-çörək kəsdiyi Ceyhun Sultanovu qurban verdi. Halbuki, əli silah tutmasaydı belə, hansısa bölükdə ordumuz üçün az da olsa, faydalı işin qulpundan yapışardı. Amma yapışdığı tək şey yalnız kreslosudu. Belə olmasaydı, o şərəfli əsgər formasını geyinərdi, onun da şəkilləri sosial şəbəkləri bəzəyərdi, hamı "halal olsun bu ölkənin havası, suyu" yazardı. Ancaq bu, baş vermədi. Bəlkə də səngərdə dayanmağı özünə rəva görmədi, bəlkə də ermənidən çəkindi. Kim bilir!?
 
Bilinən odu ki, kişilər bir olmur atam balası. Kamranı var, Farizi var... 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest