Fransa milli komandasının futbolçusu Vissam Ben Yedder koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
 
30 yaşlı hücumçunun Finlandiya ilə yoxlama oyunundan (0:2) sonra verdiyi koronavirus testi müsbət çıxıb və Ben Yedder millinin düşərgəsini tərk edib.
 
"Monako" klubuna məxsus olan hücumçu yenidən koronavirus testindən keçəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest