"Qarabağ" klubu dünəndən etibarən Premyer Liqanın 10-cu turunda qarşılaşacağı "Sumqayıt"la matçın hazırlıqlarına başlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Milli komandalarda olan futbolçuların əvəzinə əvəzedici heyətin 9 üzvü məşqlərdə iştirak edir.
 
"Qarabağ" – "Sumqayıt" matçı noyabrın 21-də keçiriləcək. "Azərsun Arena"da oynanılacaq matç saat 16:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest