Fransanın "Dijon" klubunun yeni baş məşqçisi məlum olub.
 
Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisinin "sükan"ı David Linaresə tapşırılıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 45 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
 
David Linares bundan əvvəl "Dijon"da köməkçi məşqçi kimi çalışırdı. O, baş məşqçi postunda Stefan Jaboru əvəzləyib.
 
"Dijon" Liqa 1-də 10 turdan sonra 4 xalla 20-ci – sonuncu sıradadır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest