"Azərbaycan millisi ilk oyunda nümayiş etdirdiyi futbolla keyfiyyətli komanda olduğunu göstərdi. Biz qrup liderliyi uğrunda mübarizə aparırıq və bu oyunda Lüksemburqla qarşılaşmada buraxdığımız səhvləri təkrarlamamağa çalışacağıq".

Futbol üzrə Monteneqro milli komandasının qapıçısı Milan Miyatoviç UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah Xorvatiyanın Zapreşiç şəhərindəki "İvan Lalyak-İliç" stadionunda keçiriləcək Azərbaycanla oyundan öncə fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, Budapeşt MTK-sının şərəfini qoruyan 33 yaşlı qolkiper bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Azərbaycan millisi ilk oyunda nümayiş etdirdiyi futbolla keyfiyyətli komanda olduğunu göstərdi. Biz qrup liderliyi uğrunda mübarizə aparırıq və bu oyunda Lüksemburqla qarşılaşmada buraxdığımız səhvləri təkrarlamamağa çalışacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest