İspaniya yığmasının və Madrid "Real"ının sabiq qapıçısı İker Kasilyas ən yaxşı qolkiperlərin adlarını açıqlayıb. Matc.az xəbər verir ki, onun fərqləndirdiyi əlcək sahiblərinin hamısı İspaniya çempionatında forma geyinir.

Kasilyasın fikrincə, ən yaxşılar Mark-Andre Ter Ştegen ("Barselona"), Tibo Kurtua ("Real", Madrid) və Yan Oblakdır ("Atletiko").

"Ter Ştegen və Oblak klubları üçün eyni dərəcədə çox vacibdirlər. Kurtua "Real"da görünməsi gözlənilən qapıçı oldu. Bu 3 qapıçını siyahıda hər şeydən üstün tutardım" – deyə, Kasilyas bildirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest