Futbol üzrə Argentina yığması və Almaniyanın "Bayer" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi Eksekiel Palasios millinin heyətində ağır zədə alıb.
 
O, Argentina yığmasının Paraqvayla oyununda (1:1) sıradan çıxıb.
 
Matçın ilk yarısında belindən zədələnən futbolçu 29-cu dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. 
 
Millinin mətbuat xidmətinin yaydığı məlumata görə, Palasiosun onurğa sütununda sınıqlar aşkarlanıb. 22 yaşlı futbolçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest