İlin əvvəlində "Rostov"a məhz "Spartak"dan icarə əsasında keçən Quliyev yayda birdəfəlik transfer edilmişdi. Lakin onun cari mövsümün ilk yarısındakı performansı moskvalıları peşman edib.

Azərbaycanlı futbolçu Ayaz Quliyev yetirməsi olduğu Moskva "Spartak"ına dönməyə çox yaxındı. Matç.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, moskvalılar bu transfer üçün "Rostov"la danışıqlara start verib.

İlin əvvəlində "Rostov"a məhz "Spartak"dan icarə əsasında keçən Quliyev yayda birdəfəlik transfer edilmişdi. Lakin onun cari mövsümün ilk yarısındakı performansı moskvalıları peşman edib. 22 yaşlı yarımmüdafiəçini geri qaytarmaq niyyətində olan "Spartak" yanvardaca bu keçidi həll etməkdə israrlıdı. Həmkarlarımız gənc oyunçunun transfer qiymətinin 850 min avro olduğunu vurğulayıblar.

Qeyd edək ki, Ayaz Quliyevin "Rostov"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest