"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, paytaxt təmsilçisi iranlı hücumameyli yarımmüdafiəçi Bəxtiyar Rəhmanini transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı vinger bu gün "Sumqayıt"la yoxlama oyununda (2:0) da meydana çıxıb.
Təcrübəli oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. O, yeni komandasında "8" nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Bəxtiyar Rəhmani 2013 və 2014-cü ildə İran yığmasının formasını geyinib. Təbrizin "Traktor" klubunun da şərəfini qorumuş futbolçu son olaraq 2019/20 mövsümündə "Sanat Naft" klubunun formasını geyinib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest