"Səbail"in yeni transferi Bəxtiyar Rəhmani paytaxt klubuna keçidindən danışıb.
 
Matc.az xəbər verir ki, o, "dənizçilər"in mətbuat xidmətinə verdiyi açıqlamada bunları qeyd edib:
 
"Səbail"ə qoşulmağımdan çox məmnunam. İnanıram ki komanda ilə birlikdə bizi möhtəşəm oyunlar gözləyir. Klub rəsmiləri və futbolçular məni çox yaxşı qarşıladılar. Bunun üçün hər kəsə öz minnətdarlığımı bildirmək istəyirəm. Burada uğurlar qazanmaq üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, biz birlikdə yüksək nəaliyyətlərə imza ata bilərik. Mənim üçün bu yeni çağırışdır. İnanıram ki, hər şey yaxşı olacaq!"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest