"Onlar aparıcı oyunçulardır və eyni səviyyədə əvəzediciləri yoxdur. Bizə indi yüksək performans, iradə və öhdəlik lazımdır. Vəziyyət işimizi çətinləşdirsə də, hələ heç nə bitməyib. Özümüzü ən yaxşı tərəfdən bir daha göstərmək istəyirik"

Futbol üzrə Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holts UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Kiprə qarşı keçirdikləri oyundan, eləcə də Azərbaycan millisi ilə baş tutacaq görüşdən danışıb.
 
Matc.az xəbər verir ki, 51 yaşlı mütəxəssis heyətdəki itkilərdən şikayətlənib və millimizlə görüşün çətin keçəcəyini bildirib:
 
"Kiprlə oyunun nəticəsindən məyusuq, amma təslim olmayacağıq. Azərbaycan önündə şərtlər bizim üçün çox çətin olacaq. Vahid Selimoviç və Dirk Karlson cəzalıdır. Zədəli Leandro Barreyronun isə iştirakı sual altındadır. Onlar aparıcı oyunçulardır və eyni səviyyədə əvəzediciləri yoxdur. Bizə indi yüksək performans, iradə və öhdəlik lazımdır. Vəziyyət işimizi çətinləşdirsə də, hələ heç nə bitməyib. özümüzü ən yaxşı tərəfdən bir daha göstərmək istəyirik".
 
Qeyd edək ki, sabah "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq – Azərbaycan oyununa Bakı vaxtı ilə 23:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest