"Zirvədəki yerimizi qorumaq istəyirdik. Əsas vəzifə bu idi. Ağır oyun olsa da, yaxşı qol fürsətləri yaxaladıq. Hamımız 1 xal üçün sonadək vuruşduq"

Futbol üzrə Lüksemburq yığmasının kapitanı Loran Yans UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Kiprə qarşı keçirdikləri oyundan, eləcə də Azərbaycan millisi ilə baş tutacaq görüşdən danışıb.
 
Matc.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bunları söyləyib:
 
"çox məyusuq. Bunu evdə Monteneqroya uduzduğumuz oyunla da müqayisə edə bilərik. Həmin görüşdən sonra da hamımız üzgün idik. Zirvədəki yerimizi qorumaq istəyirdik. Əsas vəzifə bu idi. Ağır oyun olsa da, yaxşı qol fürsətləri yaxaladıq. Hamımız 1 xal üçün sonadək vuruşduq.
 
Ciddi fürsət qaçırdığımızı bilirik. Liderliyi qoruya bilmədiyimiz üçün kimisə günahlandırmaq fikrimiz yoxdur. Bu uğursuzluğu unudub, qarşıdakı matça köklənməliyik. Həmişə deyirlər ki, futbolda hər şey ola bilər. Realist olmaq lazımdır. İndi edə biləcəyimiz tək şey Azərbaycandan 3 xalı almaq və sonra Monteneqronun Kipr önündəki nəticəsinə baxmaqdır. Yalnız onu deyə bilərəm ki, hələ heç nə bitməyib".
 
Qeyd edək ki, sabah "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq – Azərbaycan oyununa Bakı vaxtı ilə 23:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest