Bu barədə Moldova Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, bu, indiyədək yığmanın formasını geyinmiş qapıçılar arasında rekord göstəricidir.

Futbol üzrə Moldova yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Yunanıstanla ev oyunu komandanın qapıçısı Stanislav Namaşko üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, "Keşlə"də çıxış edən qolkiper millidə 50-ci matçını keçirib.
 
Bu barədə Moldova Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, bu, indiyədək yığmanın formasını geyinmiş qapıçılar arasında rekord göstəricidir.
 
Qeyd edək ki, Moldova - Yunanıstan matçı meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest