"Səbail"in qvatemalalı qapıçısı Nikolas Hagen açıqlama verib.
 
Matc.az xəbər verir ki, "İnvictos Guate"yə danışan futbolçu "Səbail"i seçməsinin səbəbini açıqlayıb:
 
"Mənim üçün vacib olan daha çox oyun şansı qazanmaqdır. Bunun bir futbolçu olaraq inkişafımın əsas parçası olduğunu düşünürəm. Nə qədər çox təcrübəyə sahib olsam, daha çox inkişaf edəcəm. Etmək istədiyim budur, bunun üçün Qvatemaladan ayrılıb bura gəldim.
 
Burda inkişaf etmək mümkündür və mənim buna potensialım var. Uzun müddət burda olmaq istəyirəm. Hədəfim gələcəkdə qvatemalalı futbolçular üçün yeni yol açmaqdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest