"Barselona"nın və Argentina millisinin sabiq futbolçusu Xavyer Maskerano karyerasını başa vurub.
 
Matc.az xəbər verir ki, bu barədə 36 yaşlı futbolçu özü məlumat verib:
 
"Artıq karyeramı bitirdiyimi açıqlamaq istəyirəm. Hər zaman meydanda əlimdən gələni etmişəm. Karyeramı Argentinada bitirmək fürsətini verən "Estudiantes" klubuna təşəkkür edirəm".
 
"River Pleyt"in yetirməsi olan Maskerano, sonralar "Korintians", "Vest Hem", "Liverpul"da çıxış edib. 2010-2018-ci illər aralığında formasını geyindiyi "Barselona"da 200-dən çox oyun keçirmiş futbolçu Kataloniya təmsilçisindən ayrıldıqdan sonra bir mövsüm "Hebey çina Fortune" klubunun uğurları üçün çalışıb. Son olaraq Argentinanın "Estudiantes" klubunda forma geyinən Maskerano 2003-2018-ci illərdə millinin də şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest