UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Sivasspor"un zədəli futbolçusu Jorge Feliks məşqlərə başlayıb.
 
Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fizioterapevt nəzarətində məşqlərə başlayan ispan futbolçu qaçışla kifayətlənir.
 
Komandalar arasında keçirilən ilk oyunda "Qarabağ" 0:2 hesabı ilə məğlub olub.
 
"Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" – "Sivasspor" oyununa noyabrın 26-da, Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest