"Sabah" klubunda çıxış edən 24 yaşlı hücumçu qrup mərhələsinin sonuncu turunda Lüksemburqla oynayacaqları matça hazırlaşdıqlarını vurğulayıb: "Biz komandayıq və mütləq uğura birlikdə nail olacağıq".

"Biz öz evimizə 3 xalı gətirə bilmədik, amma ruhdan düşmürük".
 
Matc.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev UEFA Millətlər Liqasının 5-ci turunda Monteneqro ilə qolsuz heç-heçə etdikləri oyundan sonra instaqram hesabında yazıb.
 
"Sabah" klubunda çıxış edən 24 yaşlı hücumçu qrup mərhələsinin sonuncu turunda Lüksemburqla oynayacaqları matça hazırlaşdıqlarını vurğulayıb: "Biz komandayıq və mütləq uğura birlikdə nail olacağıq".
 
Qeyd edək ki, noyabrın 17-də "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyununa Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest