Fransa çempioni PSJ "Real"ın kapitanı Serxio Ramosu heyətinə qatmaq niyyətindədir.
 
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Paris klubunun 34 yaşlı futbolçuya irəli sürəcəyi təklif də bəllidir. 
 
PSJ ispan futbolçuya ildə 16,8 milyon avro olmaqla 3 illik müqavilə təklif edəcək. Bundan başqa, PSJ Ramosu azad agent kimi transfer etsə, futbolçu əlavə olaraq bonus da qazanacaq.
 
Ramos "Real"la cari mövsümün sonunda bitəcək müqaviləni hələ yeniləməyib. Onun klubla danışıq apardığı və yaxın vaxtlarda açıqlama verəcəyi bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest