Türkiyənin "Samsunspor" klubunun baş məşqçisi Ertuğrul Sağlam koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə TFF 1-ci liqa təmsilçisinin baş meneceri Mustafa Aztopalın da COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb.
 
Onlar karantinə alınıblar və müalicələrinə start verilib.
 
Xatırladaq ki, bir müddət öncə "Samsunspor"un prezidenti Yüksel Yıldırım, onun oğlu Jasper Yıldırım, vitse-prezident Mustafa Kamal Erkanatın da koronavirusa yoluxduğu açıqlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest