İngiltərə çempionu "Liverpul" qışda müdafiəçi transfer etməyəcək.
 
Matc.az xəbər verir ki, bu iddia ilə İngiltərə mətbuatı çıxış edib.
 
Komandanın müdafiə xəttində ciddi problemlər yaransa da, yeni müdafiəçi alınmayacaq. Məşqçilər heyəti bu problemi komandada olan futbolçular vasitəsilə həll etmək istəyir.
 
Son vaxtlar komandada zədəlilərin sayı çoxdur. Vircil van Deykin uzun müddətə sıradan çıxmasından sonra Fabinyo, Co Qomes, Joel Matip, Trent Aleksander-Arnold və Endi Robertson, üstəlik Cordan Henderson da zədələnib.
 
"Liverpul"un qış transfer pəncərəsi dövründə "Napoli"nin futbolçusu Xalidu Kulibalini heyətinə qatacağı deyilirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest