Futbol üzrə İrlandiya yığmasının iki üzvündə koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə İrlandiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turunda Uelslə (0:1) keçirilən oyundan sonra Mett Doherti və Ceyms Makklinin koronavirus testi pozitiv çıxıb. Digər oyunçularda yoluxma faktı aşkarlanmadığından, yalnız adıçəkilənlər karantinə alınıb. Onlar Bolqarıstanla görüşdə iştirak edə bilməyəcəklər.
 
Məşqçilər korpusu bəzi futbolçuların zədəli olmasını da nəzərə alaraq heyətə yeni oyunçular cəlb ediblər. Belə ki, Bolqarıstanla görüşdən öncə "Şemrok Rovers"dən Aaron Makeneff, Qrem Berk, "Piterboro Yunayted"dən Cek Teylor, həmçinin "Milluol"dan Troy Parott yığmaya çağırılıb.
 
Qeyd edək ki, İrlandiya – Bolqarıstan görüşü noyabrın 18-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest