Moldova millisinin və "Keşlə"nin qapıçısı Stanislav Namaşko yığmada kekçirdiyi 50-ci matç barədə danışıb.
 
Matc.az xəbər verir ki, bu göstərici ilə moldovalı həmkarları arasında rekorda imza atan 34 yaşlı qolkiper bunun xoş hadisə olduğunu bildirib:
 
"Son 7 ildə yığmadan kənarda qalmağımı nəzərə alsaq, emosiyalar çox yaxşıdır. Yenidən milliyə dəvət almaq və son matçlarda oynamaq üçün özünə inam qazanmaq əladır. Yunanıstanla görüşdə müsbət nəticə qazansaydıq, ikiqat xoş olardı. Yenidən millidə olduğum və oyun sayını yuvarlaq rəqəmə çatdırdığım üçün şadam".
 
Təcrübəli qolkiper yenidən yığmaya çağırılmağını əzmkarlığı ilə əlaqələndirib: "Heç vaxt bir yerdə oturmuram. Daim oyun təcrübəsi axtarıram. Yenidən bu formanı geyinməyimdə oynadığım klublarda mənə olan inam əsas rol oynadı. Deyə bilmərəm, bu, mənim ikinci gəncliyimdir, ya yox, sadəcə, komandalar mənə inandılar. Bu isə sabitlik gətirdi".
 
Qeyd edək ki, Stanislav Namaşko 2019-cu ilin yayından "Keşlə"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest