Cəzalı Vahid Selimoviç və Dirk Karlsona zədəlilər Loran Yans, Leandro Barreyro, Mika Pinto və Aldin Skenderoviç də qoşulub. Onların bugünkü qarşılaşmada meydana çıxıb-çıxmayacaqları bəlli deyil.

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində bu gün Azərbaycan millisini qəbul edəcək Lüksemburq yığması oyun öncəsi ciddi problemlərlə üzləşib.
 
Matc.az xəbər verir ki, cəzalı Vahid Selimoviç və Dirk Karlsona zədəlilər Loran Yans, Leandro Barreyro, Mika Pinto və Aldin Skenderoviç də qoşulub.
 
Onların bugünkü qarşılaşmada meydana çıxıb-çıxmayacaqları bəlli deyil.
 
Qeyd edək ki, "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyununa Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest