"Qalatasaray"ın kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.
 
Matc.az xəbər verir ki, testlər nəticəsində daha 3 futbolçuda infeksiya aşkarlanıb.
 
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Virusa yoluxan oyunçuların adları açıqlanmayıb. Onların karantinə alındıqları bildirilib.
 
Bununla da "Qalatasaray"da test nəticəsi müsbət çıxan futbolçuların sayı 5-ə çatıb. Digər iki futbolçunun ölkələrinin milli komandalarına çağırılan oyunçular olduğu açıqlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest