Futbol üzrə Azərbaycan Kubokunda 2020/21 mövsümünün iştirakçı komandaları müəyyənləşib.
 
Matc.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, Birinci Divizion təmsilçiləri "Turan Tovuz", "Zaqatala", "Kəpəz" və "Qaradağ Lökbatan" mübarizə aparacaq.
 
"CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq püşkatma mərasimi noyabrın 24-də AFFA-nın inzibati binasında keçiriləcək.
 
Saat 13:00-da başlayacaq tədbir Azərbaycanda koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest