Noyabrın 26-da İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək. Ağdam təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la qarşılaşacaq Türkiyənin "Sivasspor" klubunun daha bir futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Adı açıqlanmayan həmin oyunçu evdə karantinə alınıb və onun müalicəsinə başlanılıb.
 
Xatırladaq ki, noyabrın 13-də "Sivasspor"un daha iki futbolçusunda koronavirus aşkarlandığı açıqlanmışdı.
 
Noyabrın 26-da İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək. Ağdam təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Azərbaycan çempionu "Sivasspor"a qarşı keçirdiyi ilk oyunda 0:2 hesablı məğlubiyyətlə üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest