"Tamamilə öz oyunumuza köklənmişik. Şansımızı saxlamaq üçün bizə 3 xal lazımdır. Azərbaycan millisi son oyunlarda fərqli çıxış edir. Bir faktı deyim ki, komanda 2 topdan artıq buraxmır"

Futbol üzrə Lüksemburq yığmasının müdafiəçisi Lars Jerson UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun barədə danışıb.
 
Matc.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Canni De Byazinin başçılıq etdiyi komandamızın son 2 matçda qol buraxmadığını xüsusi vurğulayıb:
 
"Tamamilə öz oyunumuza köklənmişik. Şansımızı saxlamaq üçün bizə 3 xal lazımdır. Azərbaycan millisi son oyunlarda fərqli çıxış edir. Bir faktı deyim ki, komanda 2 topdan artıq buraxmır. Bizə çətin olacaq. Təəssüf ki, heyətimiz rəqibdəki kimi geniş deyil. İdeyamızı dəyişməli olacağıq. Oyuna nəzarət edən tərəf biz olmalıyıq".
 
Qeyd edək ki, bu gün "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest