UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində bu gün Azərbaycan millisi ilə qarşılaşacaq Lüksemburq yığmasının daha iki futbolçusu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə qapıçı Antoni Moris və hücumçu Jerson Rodriqesdən götürülmüş COVİD-19 testlərinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Bu səbəbdən, hər iki oyunçu millimizlə matçı buraxacaq.
 
Xatırladaq ki, Lüksemburq yığmasında daha öncə cəzalı Vahid Selimoviç və Dirk Karlsonun da millimizlə görüşü buraxacağı məlum idi. üztəlik, zədəsi olan Loran Yans, Leandro Barreyro, Mika Pinto və Aldin Skenderoviçin də bu gün meydana çıxması sual altındadır.
 
Qeyd edək ki, bu gün "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyununa Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest