Menecer, Azərbaycan çempionatında 8 klubun olduğunu vurğulayaraq, Şimali Kiprdən 4-6 klubun Premyer Liqaya qatılması və beləcə, Azərbaycan çempionatında iştirakçı sayının 12-yə yüksəldilməsiylə bağlı Şimali Kipr prezidenti Ersin Tatara müraciət edib.

Futbol meneceri Tekin Birinci Şimali Kipr klublarının bəzilərinin Azərbaycan çempionatında oynamasını təklif edib.
 
Matc.az xəbər verir ki, bu barədə "tribunkibris.com" saytı məlumat yayıb.
 
Menecer, Azərbaycan çempionatında 8 klubun olduğunu vurğulayaraq, Şimali Kiprdən 4-6 klubun Premyer Liqaya qatılması və beləcə, Azərbaycan çempionatında iştirakçı sayının 12-yə yüksəldilməsiylə bağlı Şimali Kipr prezidenti Ersin Tatara müraciət edib.
 
Şimali kiprli olan Birinci, bununla, yerli klubların Avropaya çıxmaq şanslarının daha çox olacağını qeyd edib.
 
Tekin Birinci Ersin Tatardan Azərbaycana səfəri zamanı bu məsələnin müzakirə edilməsini də xahiş edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest