Futbol üzrə klublararası dünya çempionatı nəzərdə tutulduğu kimi bu ilin dekabrında keçirilməyəcək.
 
Matc.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
 
Koronavirus pandemiyası ilə əlaqədar bəzi konfederasiyalar çempionlar Liqası matçlarını dekabradək bitirə bilməcəyəklər. Ona görə də FİFA turniri gələn ilin fevral ayına təxirə salıb. Yarışın fervalın 1-dən 11-dək keçirilməsi planlaşdırılır. Turnirə Qətər ev sahibliyi edəcək. Təşkilatçı ölkə iştirakçılar üçün sağlamlıq və təhlükəsizlik təminatı verib.
 
Qeyd edək ki, klublararası dünya çempionatı 6 qitə konfederasiyasının ən güclü klublarının və təşkilatçı ölkənin ən yaxşı komandasının iştirakı ilə keçirilir. 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest