Dç-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə mübarizəsi davam edir.
 
Matc.az xəbər verir ki, bu gün 4-cü turun oyunları keçirilib.
 
İtkisiz irəliləyən Braziliyanın budəfəki qurbanı Uruqvay olub. "Sambaçılar" kimi, onun ən yaxın izləyicisi olan Argentina da səfərdə eyni hesabla qələbə qazanıb – 2:0. Lionel Messinin kapitanı olduğu komanda Peruya qalib gəlib.
 
Kolumbiyanın gözlənilmədən Ekvadorda darmadağın olduğu turda çili də xalsız qalıb.
 
Dç-2022-nin seçmə mərhələsi
Cənubi Amerika zonası
18 noyabr
 
Ekvador – Kolumbiya 6:1
Qol: Arboleda, 7. Delqado, 9. Estrada, 32. Arreaqa, 39. Plata, 78 – X.Rodriqes, 45+1-pen.
 
Venesuela – çili 2:1
Qol: Maqo, 9. Rondon, 81 – Vidal, 15.
 
Paraqvay – Boliviya – 2:2
Qol: Romero, 19-pen; 72 – Moreno, 41. Kespedes, 45.
 
Uruqvay – Braziliya – 0:2
Qol: Artur, 33. Rişarlison, 45.
 
Peru – Argentina – 0:2
Qol: Qonzales, 17. Martines, 28.
 
Braziliya – 12, Argentina – 10, Ekvador – 9, Paraqvay – 6, Uruqvay – 6, çili – 4, Kolumbiya – 4, Venesuela – 3, Peru – 1, Boliviya – 1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest