"Napoli"nin və Albaniya yığmasının futbolçusu Elseid Husay koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Albaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
26 yaşlı müdafiəçinin yığmanın düşərgəsində verdiyi koronavirus testinin nəticəsi müsbət olub.
 
Husay Albaniyanın bu gün Belarusa qarşı keçirəcəyi oyunu buraxacaq. Futbolçu vətənində karantində qalacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest