Qeyd edək ki, Ramaz Svanadze xeyli müddət Bakı "İnter"ində (indiki "Keşlə") işləyib. 39 yaşlı mütəxəssis bu komandanın sabiq baş məşqçisi Zaur Svanadzenin qardaşı oğludur.

Futbol üzrə Gürcüstan yığmasına müvəqqəti baş məşqçi təyin olunub.
 
Matc.az xəəbr verir ki, sözügedən komanda Ramaz Svanadzeyə tapşırılıb.
 
Bu barədə Gürcüstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Bir neçə gün öncə Vladimir Vayssın baş məşqçi postundan istefa verməsi nəticəsində gürcülər UEFA Millətlər Liqasının sonuncu turu çərçivəsində bu gün baş tutacaq Estoniya ilə oyun üçün məhz Svanadzeni seçiblər. Hansı ki, o, hazırda Gürcüstanın U-19 yığmasını çalışdırırdı. Komandaya yeni baş məşqçi təyin olunana kimi millini məhz Svanadze çalışdıracaq.
 
Qeyd edək ki, Ramaz Svanadze xeyli müddət Bakı "İnter"ində (indiki "Keşlə") işləyib. 39 yaşlı mütəxəssis bu komandanın sabiq baş məşqçisi Zaur Svanadzenin qardaşı oğludur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest