"Milan"ın baş məşqçisi Cennaro Qattuzo maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib. Matç.az saytının "Football İtalia"ya istinadən məlumatına görə, o, heç bir oyunçusunu satmağı planlamadığını bildirib.

"Hansısa oyunçumuzu qışda satacağıq? Bəli, onları hədiyyə paketinə bağlayıb yollayacağıq. Qarşıdan yeni il gəlir, Şam ağacının altına qoyarıq (gülür). Zarafat bir tərəfə, bu barədə ancaq siz jurnalistlər danışırsınız. Hələ rəhbərlikdən mənə tələb gəlməyib ki, onu sat, bunu al. Qaldı ki, maliyyə feyr-pley qaydalarına, klubumuzun sərhədlərini bilirik, ona uyğun davranacağıq. Amma nə Hakanı, nə Susonu, nə də İquaynı satmağı düşünürük" - deyə gənc mütəxəssis bildirib.

Qeyd edək ki, İtaliya mətbuatında "Milan"ın qış transfer pəncərəsində bir neçə oyunçusu ilə vidalaşacağı ilə bağlı xəbərlər yayılmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest