Millidə rəsmi debüt matçını səfərdə Lüksemburqa qarşı keçirmiş "Keşlə"nin futbolçusu "İlk oyunun çox çətin alınacağını bilirdim. Özümü yaxşı tərəfdən göstərməyə çalışdım. Millinin formasını geyinmək həqiqətən şərəfdir" söyləyib.

"Lüksemburqla sonuncu matçda bizim və rəqibin qol imkanları oldu. Amma yararlana bilmədik. Heç-heçəni ədalətli nəticə hesab edirəm".
 
Matc.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan yığmasının futbolçusu Şəhriyar Əliyev UEFA Millətlər Liqasının 6-cı turunda səfərdə Lüksemburqla qolsuz heç-heçə etdikləri görüş barədə danışarkən deyib.
 
28 yaşlı müdafiəçi bildirib ki, noyabrdakı hər üç oyuna yaxşı hazırlaşıblar: "çalışırdıq ki, maksimum nəticə əldə edək. Yoldaşlıq görüşü və qrup oyunlarında nəticəmizin yaxşı olmasını istəyirdik. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirmək və səhvlərimizi düzəltmək, get-gedə oyun keyfiyyətlərimizi artırmaq niyyətindəyik".
 
Millidə rəsmi debüt matçını səfərdə Lüksemburqa qarşı keçirmiş "Keşlə"nin futbolçusu "İlk oyunun çox çətin alınacağını bilirdim. özümü yaxşı tərəfdən göstərməyə çalışdım. Millinin formasını geyinmək həqiqətən şərəfdir" söyləyib.
 
Əliyev bu görüşün ilk hissəsinin sonlarında penaltiyə səbəbkar olmasını isə həyəcanla əlaqələndirib: "Oyuna tez daxil oldum. Həmin vaxt emosiyalarıma sahib ola bilmədim. Topa oynamaq istəyirdim, lakin rəqib məndən tez hərəkət etdi. Qol buraxsaydıq, özümü günahkar hesab edərdim. Hər kəs dünən əziyyət çəkmişdi. Qapıçımız Şahruddin Məhəmmədəliyev bizi qoldan xilas etdi və futbolçulara inam gəldi".
 
Müdafiəçi yığma komandanın qrupu 6 oyundan 6 xalla 3-cü pillədə başa vurmasına da münasibət bildirib: "Qarşımıza məqsəd qoyulmuşdu ki, maksimum nəticə qazanaq və qrupdan növbəti mərhələyə yüksələk. Rəqiblərimiz də güclü idi. Baş məşqçi deyirdi ki, hər oyuna qələbə üçün çıxaq. Qrupu üçüncü pillədə bitirməyə də bilərdik. Kiprlə heç-heçə etdiyimiz oyunda qol imkanlarımız daha çox oldu. Lüksemburqa Bakıda uduzmamalı idik. Rəqiblərimiz də zəif deyildi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest