"Qarabağ" bu mövsüm Avropa Liqasının qrup mərhələsində 3 oyun keçirib və bütün görüşlər səfərdə baş tutub. Belə olan halda komandanın nəticələri barədə fikir bildirmək çox çətindir".
 
Matc.az xəbər verir ki, bunu  ABŞ-ın "Nyu-York Kosmos" klubunun futbolçusu Ansi Aqolli sabiq komandasının çıxışını dəyərləndirərkən deyib.
 
Alban müdafiəçi bildirib ki, Azərbaycan təmsilçisi güclü rəqiblərlə evdə qarşılaşsaydı, hər şey fərqli ola bilərdi: "Komanda "Vilyarreal" kimi İspaniya nəhəngini Türkiyədə qəbul etdi. "Makkabi" və "Sivasspor" da çox yaxşı komandadır. Ev və səfər oyunları eyni olmur. "Qarabağ" hər 3 görüşünü Ağdamda keçirsəydi, eyni nəticə qeydə alınardı? Əlbəttə, yox. Doğma meydanda oynayanda nəticə də fərqli olur".
 
Ansi Aqolli "Qarabağ"ın formasını 2012 - 2017-ci illərdə geyinib.
 
Qeyd edək ki, Avropa Liqasının I qrupunun ilk turunda İsraildə Tel-Əviv "Makkabi"sinə 0:1 hesabı ilə uduzan Azərbaycan çempionu 2-ci turda Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda İspaniya "Vilyarreal"ına yenilib - 1:3. Qurban Qurbanovun başçılıq etdiyi komanda daha sonra Türkiyə "Sivasspor"u ilə bacarmayıb - 0:2. report

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest