Futbol üzrə Misir milli komandasının üzvləri Məhəmməd Salah və Məhəmməd Elneni növbəti dəfə koronavirus testindən keçib.
 
Matc.az xəbər verir ki, bu barədə Misir Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə hər iki oyunçunun testinin növbəti dəfə pozitiv çıxdığı diqqətə çatdırılıb.
 
Qeyd edək ki, İngiltərənin "Liverpul" klubunda çıxış edən Məhəmməd Salahda koronavirus noyabrın 13-də aşkarlanıb. "Arsenal"da çıxış edən Məhəmməd Elnenin də testi yığmanın düşərgəsində olarkən müsbət çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest