UEFA Millətlər Liqasının qrup oyunlarından sonra 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində səbətlərin tərkibi dəqiqləşib.
 
Matc.az xəbər verir ki, püşkatmada 55 yığma 6 qrupa bölünəcək.
 
İlk 5 səbətdə 10, sonuncuda isə 5 komanda qərarlaşıb.
 
C Liqasındakı yerini qoruyan Azərbaycan millisi 5-ci səbətdə yer alıb.
 
Qeyd edək ki, Dç-2022-nin püşkatma mərasimi dekabrın 7-də keçiriləcək.
 
1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, Xorvatiya, İtaliya, Almaniya, Danimarka, Niderland
 
2-ci səbət: İsveçrə, Polşa, İsveç, Uels, Ukrayna, Avstriya, Slovakiya, Serbiya, Türkiyə, Rumıniya
 
3-cü səbət: Rusiya, İrlandiya, Şimali İrlandiya, Norveç, Macarıstan, İslandiya, Şotlandiya, çexiya, Finlandiya, Yunanıstan
 
4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Bolqarıstan, Albaniya, Gürcüstan, İsrail, Belarus, Lüksemburq
 
5-ci səbət: Kipr, Ermənistan, Farer Adaları, Estoniya, Azərbaycan, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra
 
6-cı səbət: Moldova, Malta, Lixtenşteyn, Cəbəllütariq, San Marino.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest