Reynaldonun transferi zamanı uğursuzluq yaşayan "Neftçi" rəhbərliyi heyəti gücləndirmək yolunda çalışmalarını davam etdirir. Matç.az xəbər verir ki, xarici bazarlardan futbolçu gətirməyə risk etməyən "ağ-qaralar"ın maraq dairəsinə düşən futbolçu Jozef-Monroz Stivendi.

Yayda Baqali Dabonu "Qəbələ"dən "oğurlayan" bakılılar indi də əyalət təmsilçisinin fransalı legionerini ələ keçirməyə çalışırlar. Lakin Qəbələdə 300 min avro qazanan Monroz "Neftçi"nin təklifini geri çevirib.

Əslində, baş məşqçi Sənan Qurbanovla işləməkdən zövq almayan fransız klubunu dəyişməyə hazırdı. Elə "Qəbələ" də onu sərbəst buraxmağa etiraz etmir. Lakin Monroz "Qəbələ" ilə müqayisədə "Neftçi"də daha az maaş almağa razı olsa da, yayda eyni marşrutla "miqrasiya" etmiş Dabodan az qazanmaq fikrində deyil.

Qeyd edək ki, Dabonun "Neftçi"dəki illik qazancı 250 min dollardı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest