Fransa çempionu PSJ-nin futbolçuları Neymarla Kilian Mbappe zədələrini sağaldıb.
 
Matc.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə hər iki hücumçunun artıq komanda ilə məşqlərə başladığı diqqətə çatdırılıb. Onlar Fransa çempionatında 11-ci turun "Monako" ilə səfər matçı üçün sifariş ediliblər.
 
Qeyd edək ki, Kilian Mbappe çempionlar Liqasının qrup mərhələsində Türkiyədə "Başakşəhər"i 2:0 hesabı ilə məğlub etdikləri oyunda zədələnib. Neymar isə Braziliya yığmasının heyətindən bud əzələsində problem aşkarlandığı üçün kənarlaşdırılıb.
 
 
"Monako" - PSJ matçı bu gecə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest