Türkiyənin "Kasımpaşa" klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, Super Liqanın 9-cu turu çərçivəsində "Konyaspor"un qonağı olacaq komandanın kollektivi koronavirus testindən keçirilib. Nəticədə 7 futbolçunun koronavirusa yoluxduğu üzə çıxıb. Onlardan ikisi ölkəsinin milli komandasından qayıdan oyunçulardır.
 
Adları açıqlanmayan həmin futbolçular karantinə alınıblar.
 
"Konyaspor" – "Kasımpaşa" matçı noyabrın 22-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest