Futbol üzrə Uruqvay yığmasında bir neçə futbolçunun koronavirusa yoluxduğunu xəbər vermişdik.
 
Matc.az xəbər verir ki, İtaliyanın "Kalyari" klubunun müdafiəçisi Dieqo Qodin də millinin düşərgəsindən qayıtdıqdan sonra COVİD-19 testindən keçib.
 
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 34 yaşlı futbolçuda da koronavirus aşkarlanıb. "Kalyari"nin digər futbolçuları ilə kontaktda olmayan müdafiəçi dərhal karantinə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest