Türkiyənin "Sivasspor" klubunun kollektivindən Super Liqanın 8-ci turu çərçivəsində "Fatih Karagümrük"ə qarşı keçiriləcək səfər oyunu öncəsi koronavirus testi götürülüb.
 
Matc.az xəbər verir ki, testlər nəticəsində daha iki futbolçunun COVİD-19 testi pozitiv çıxıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onlardan birinin millinin düşərgəsindən gələn oyunçu olduğu diqqətə çatdırılıb.
 
Bununla da test nəticəsi müsbət olan oyunçuların sayı 5-ə çatıb. Onların heç birinin adı açıqlanmayıb.
 
"Sivasspor" Avropa Liqasının I qrupunda "Qarabağ"ın rəqiblərindən biridir. İlk oyunda bu rəqibinə 0:2 hesabıyla uduzan Ağdam klubu Sivas təmsilçisi ilə noyabrın 26-da İstanbuldakı "Başakşəhər Fatih Terim" stadionunda üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest