Almaniyanın "Borussiya" (Dortmund) klubu yarımmüdafiəçisi Covanni Reyna ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa nəhənginin rəsmi saytı məlumat yayıb.
 
18 yaşlı futbolçu ilə yeni müqavilə 2025-ci ilin yayına qədərdir. 
 
ABŞ-ın "Nyu York Siti" klubunun yetirməsi olan Reyna, 2019-cu ildən "Borussiya"nın uğurları üçün çalışır. O, Dortmund klubunun əsas komandasında indiyə qədər 29 rəsmi oyuna çıxıb. Gənc yarımmüdafiəçi ABŞ millisində də 2 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest