Futbol üzrə İran çempionatında 2-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Maşinsazi" də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Zobahan"la qarşılaşıb. Təbriz klubu bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Xatırladaq ki, Təbrizin daha məşhur "Traktor" klubu bu turda "Nassaji Mazandaran"la səfər oyununda heç-heçəyə razılaşıb - 1:1.
 
İki turdan sonra 2 xalı olan "Traktor" 16 kollektiv arasında 10-cu, 1 xala malik "Maşinsazi" isə 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest