Futbol üzrə Fransa çempionatında 11-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. 
 
Turun açılış matçında "Renn" doğma meydanda "Bordo"nu qəbul edib. Qonaqlar bu oyundan minimal hesabla qalib ayrılıblar.
 
Turun mərkəzi görüşündə lider PSJ səfərdə "Monako"nun qonağı olub. Beş qolun qeydə alındığı matç parislilərin məğlubiyyəti ilə başa çatıb.
 
Bu tur keçirilməli olan "Olimpik" (Marsel) – "Nitsa" matçı qonaqların bir neçə futbolçusunda koronavirus aşkarlandığı üçün təxirə salınıb.
 
Fransa Liqa 1
11-ci tur
20 noyabr
 
Renn – Bordo 0:1
Qol: Ben Arfa, 37.
 
Monako – PSJ 3:2
Qol: Volland, 52; 66. Fabreqas, 84-pen – Mbappe, 25; 37-pen.
 
21 noyabr
 
20:00 Brest – Sent-Etyen
 
22 noyabr
 
16:00 Nant – Mets
18:00 Dijon – Lans
18:00 Monpelye – Strasburq
18:00 Reyms – Nim
20:00 Anje – Olimpik (Lion)
00:00 Lill – Loryan

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest