UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vuran mütəxəssislərə müvafiq diplom və sertifikatlar verilib. Matç.az saytı xəbər verir ki, bu ada layiq görülən məşqçilərə diplomlar AFFA-nın Futbol akademiyasında təqdim olunub.

Onlar arasında Rəşad Sadıqov, Elçin Rəhmanov, Samir Abasov, Mahmud Qurbanov, Zaur Həşimov, Elşad Əhmədov və Ramin Quliyev kimi tanınmış şəxslər də var.

Diplom və sertifikatları AFFA-nın Məşqçilər Komitəsinin sədri, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lippert və kursların təlimatçısı Aslan Kərimov verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest